Telefonunuza pandemiya cəriməsi ilə bağlı mesaj gəlib? – 5 il keçibsə ödəməməlisiz - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə bir sıra istifadəçi telefonuna gələn mesajla bağlı narahatlığını bildirib. “E-icra” portal vasitəsilə gələn mesajda vətəndaş tərəf olduğu məhkəmə qərarının icrası ilə əlaqədar rayon üzrə icra-probasiya şöbəsinin təlbinin yerinə yetirilməsi qeyd edilib.
Avtosfer.az xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar bir sıra sosial şəbəkə fenomeni, bloger video paylaşıb və narahatlığını qeyd edib. Digər tərəfdən vətəndaşlara gələn bu mesajlar cəmiyyətdə sərhədlərin açılma ehtimalının artması düşüncəsini yaradıb.
Milli Məclisin deputatı Fazil Musta Avtosfer.az-a verdiyi açıqlamasında bildirib ki, sərhədlərin açılmasının gələn mesajlarla əlaqəsi yoxdur.

“Əslində pandemiya dövrü ilə bağlı cərimələrin ləğvi ilə bağlı biz bir neçə dəfə Milli Məclisdə məsələ də qaldırmışdıq. İndiki halda sərhədlərin açılmasının bu məsələ ilə ilə bir əlaqəsi yoxdur. Yəni, indi pandemiya da yoxdur, sərhədlərin açılması təhlükəsizlik ilə bağlı məsələdir. Ona görə də bu cərimələrin ödənməsi məsələsi də vətəndaşlar üçün müəmmalı qalır. Əgər vətəndaşlar hansısa formada öz hüquqlarını qorumaq istəyirlərsə, bununla bağlı məhkəməyə müraciət edə bilərlər. Amma bunun sərhəd məsələsi ilə əlaqələndirilməsi doğru deyil”.
Cərimələrlə bağlı mesaja gəlincə, vəkil Kamandar Hüseynov qanunvericiliyin tələblərini izah edib. O qeyd edib ki, əgər vətəndaşa tərtib edilən inzibati tənbeh tədbirinin vaxtı 5 ili ötübsə həmin cərimələr silinməlidir.

“Bunun üçün gərək icra-probasiya şöbələri həmin işlərə xitam verələr. Amma vermirlər, əvəzində vətəndaşa mesaj göndərərək cərimənin ödənməsini tələb edirlər. Vətəndaş da adına olan cəriməni ödəməli olur. Çünki bir çoxları məsələdən və hüquqlarından xəbərsizdir. Vətəndaşlar bu məqamda onlara göndərilən mesajdakı linkə daxil olub, ya qeyd edilən şəxsin, ya da qeyd edilən rayonun icra-probasiya şöbəsinin meyl ünvanına ərizə yazmalı, iş üzrə icraata cərimənin yazılma müddətindən 5 il keçməsi səbəbindən xitam verilməsini xahiş etməlidirlər”.
Səfər
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












