Telman İsmayılovdan Lənkəranskinin qətlində iştirakı xəbərlərinə - Reaksiya

Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov eks-tərəfdaşlarının “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) İstanbulda qətlində iştirakı xəbərlərini təkzib edib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə biznesmenin vəkili Marina Rusakova “TASS” agentliyinə açıqlama verib: “Müvəkkilim KİV-də İstanbulda Rövşən Caniyevin qətlində keçmiş tərəfdaşlarının iştirakı haqda açıqlama verməsi ilə bağlı yazılan xəbərləri rədd edir. İsmayılov ailə üzvləri haqda qanunsuz təhqiqatlar aparılmasından narahatdır”. İddialara görə, Telman İsmayılov qardaşı vasitəsilə “Lotu Quli”yə Rövşən Canıyevin harda olması ilə bağlı son informasiyanı ötürüb. Məhz bu məlumatın sayəsində Canıyev İstanbulda güllələnib. Qeyd edək ki, bir il əvvəl Moskva məhkəməsi qiyabi olaraq Telman İsmayılovu həbs edib. O, “İki və daha artıq insanın qətlində” günahlandırılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












