Təmir sexindən avtomobil qaçıran şəxslər saxlanılıblar

Bakıda təmir sexindən avtomobil qaçıran şəxslər saxlanılıblar. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 8-də saat 23 radələrində Quba rayon sakini Elvin Məmmədovun “VAZ-2103” markalı avtomobilinin Birinci Nügədi kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qısa müddətdə avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini Pərviz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil onun həyətində aşkar edilib. Eyni zamanda bu ilin avqustun 2-dən oktyabrın 4-dək olan müddətdə paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən Xırdalan şəhər sakini Samiq İsmayılovun “Chevrolet” markalı avtomobilinin oğurlanması barədə Suraxanı rayon Polis idarəsinin 33-cü polis bölməsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən 3 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Abbas Şahmuradov, Ramin Əliyev və Yevlax rayon sakini Rəfayel Şərifli olduqları müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan












