"Təmiz Şəhər" ASC dövlət vəsaitlərindən səmərəsiz istifadə edib - Palata

“Təmiz Şəhər” ASC tərəfindən dövlət vəsaitlərindən səmərəsiz istifadə olunmasına yol verilib.
Avtosfer.az bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Qeyd edilib ki, “Təmiz Şəhər” ASC tərəfindən bağlanmış müqavilənin yerinə yetirilməsi çərçivəsində 949,9 min manat məbləğində dövlət vəsaitinin xərclənməsi müqabilində əldə edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərk tullantıların idarəetmə sisteminin qurulmasına dair tədbirlərin milli strategiyaya inteqrasiyası üçün idarəetmə strategiyası, texniki-iqtisadi qiymətləndirmə və regional investisiya planlarının hazırlanması layihəsi Regional Strategiya” adlı 348 səhifədən ibarət sənədin, o cümlədən həmin sənəddə əks etdirilmiş təklif və tövsiyyələrin praktiki tətbiqi məsələlərinə önəm verilməyək dövlət vəsaitlərindən səmərəsiz istifadə olunmasına yol verilib.
Eyni zamanda, 278,8 min manat məbləğində dövlət vəsaitinin xərclənməsi müqabilində əldə edilmiş “Təmiz Şəhər” ASC-nin kommersiya, maliyyə, vergi və hüquq diaqnostikası” adlı sənədin ASC-nin fəaliyyətində praktiki olaraq tətbiq edilməsi cari auditlə toplanmış sübutlarla öz təsdiqini tapmayıb.
Bildirilib ki, “Təmiz Şəhər” ASC tərəfindən təhlükəli tullantıların zərərsizləşdirilməsi fəaliyyətinin həyata keçirilməsi müvafiq qaydada razılaşdırılmadan “Təhlükəli tibbi tullantılarının sterilizasiyası avadanlığının alınması” predmeti üzrə 1,5 mln. manat məbləğində satınalma müqaviləsinin bağlanılmasına yol verilmiş və icra olunmuş ödənişin müqabilində 2 ədəd təhlükəli tibbi tullantıların sterilizasiyası avadanlığının alınmasına baxmayaraq quraşdırılması təmin edilməmişdir ki, bu da dövlət vəsaitlərinin hüquqi mandata uyğun olmayan istiqamətlərdə səmərəsiz və nəticəsiz xərclənməsi deməkdir.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Azərbaycan Prezidenti: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"
Nəqliyyat gəlirlərinin artması Azərbaycana nə qazandıracaq? – İQTİSADÇI
Metroda nasazlıq yarananda sərnişinlərin təhlükəsizliyi necə qorunmalıdır? – AÇIQLAMA
Tıxacda bu hərəkət böyük qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ
Bakıda taksi qiymətləri niyə artır? - Ekspert
Ağalıda 5-ci Bilik Günü qeyd edilib - VİDEO
Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?
Bakıda piyada keçidləri hər kəs üçün əlçatandırmı? – ARAŞDIRMA – FOTO
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA











