Təqaüdçünün pulunu bankomatdan çıxarıb oğurlayan şəxs saxlanılıb - Sabirabadda

Təqaüdçünün pulunu bankomatdan çıxarıb mənimsəyən Sabirabad rayon sakini saxlanılıb. Bu barədə Avtosfer.az-ın Aran bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli bildirib. Belə ki, avqustun 21-də Sabirabad rayonunun Ulacalı kəndində yaşayan bir nəfər rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, bir gün əvvəl rayon ərazisində yerləşən Kapital banka məxsus bankomatdan təqaüdünü almaq üçün ora yaxınlaşıb, tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb. Çox keçmədən hesabında olan 187 manatın çıxarıldığını, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb. RPŞ-nin əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Eminov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edərək bildirib ki, kartda olan 187 manatı bankomatdan çıxararaq mənimsəyib. Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır. Saxlanılan şəxsin oxşar cinayətlərdə də iştirakı istisna edilmir. Əgər İ.Eminovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Sabirabad rayon Polis şöbəsinin (021) 235 52 03 şəhər və (070) 205 52 03 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Namiq
Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün nə qədər əhəmiyyətlidir? - EKSPERT AÇIQLADI
Hətta Ermənistan da bu cür tədbirlərin Bakıda keçirilməsini dəstəkləyir - EKOLOQ
Vyananın deputatı Azərbaycan və forumla bağlı nələri açıqladı? - FOTO
Azərbaycan Qlobal Forumda hansı nümunələri dünyaya çatdırır? - FOND SƏDRİ - FOTO
Azad edilmiş ərazilərdə yol infrastrukturu genişlənir; regionun tranzit potensialı artır – EKSPERT - FOTO
DİM-in açıqlaması yalan çıxdı - İmtahana gecikənlər çöldə qldı - FOTO
Yeni tunellər Bakını xilas edəcək? - AÇIQLAMA
Sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir - AZAL - VİDEO
AZAL Naxçıvan reyslərini bərpa edib
Aylıq normadan artıq yağış yağır - Faktiki hava
Nəqliyyatdan istifadə edəndə buna görə cərimə oluna bilərsiniz - VİDEO










