Təranə Səmədova: Bu, damğa deyil, həyatın sınağıdır - VİDEO

Ötən gün həbs olunan tanınmış prodüser Təranə Səmədovanın bir müddət əvvəl verdiyi müsahibə sosial şəbəkələrdə yayılıb və geniş müzakirəyə səbəb olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, o, ilk dəfə CVN TV-yə müsahibəsində adının qadın alverində hallanması ilə bağlı danışıb: “Bu barədə heç vaxt danışmamışam, zaman hər şeyin dərmanıdır. Tənha anayam, qız övladı böyüdürəm. Bu qədər populyarlaşmaq iddiasında olmamışam. Populyarlaşmağım kimlərinsə gözündə məni dəhşətli maddi imkanı olan biri kimi göstərib. Heç vaxt sınmamışam, ağlamamışam. Ayaqlarımın üstdə dik dayanmışam. Cüzdanımda 10 manatım olub, amma hər kəs elə bilib ki, 2-3 min manat pulum var. Bunları heç vaxt bəlli etməmişəm. Mətbuatda xəbərləri oxuyanda çökdüm. Anam gəlib çiynimdən tutub dedi ki, sən nələrin öhdəsindən gəlmisən. Söylədim ki, mən bu damğanın altından necə çıxacağam? Anam cavab verdi ki, sən möhkəm olmusan, yenə belə olacaqsan. Bu, damğa deyil, həyatın sınağıdır. Sevinənlər bu işlə məşğul olanlardır ki, tək bizim yox, Təranənin də adı belə şeylərdə hallanır. Mənə görə üzülənlər də çox oldular. Tanrıya çox inanıram. Bu işin sahibiyimdimsə, niyə banklara borcum var? Ölkədən çıxışıma niyə qadağa qoyulub? Hər halda bu işi görsəydim, banklara borcum olmazdı, maşını əlimdən almazdılar”. Qeyd edək ki, prodüser ötən gün Nərimanov rayon Məhkəməsində 1 il müddətinə azadlıqdan məhrum edilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO










