Təranə Səmədovanın işində - MÜƏMMA

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Avtosfer.az xəbər verir ki, T.Səmədovanın vəkili Janna Bağırova oxu.az-a açıqlamasında deyib ki, anket məlumatlar dəqiqləşdirilib: “Bu zaman məlum oldu ki, cinayət işi materiallarında zərərçəkmiş qadınların ikisinin də imzası eynidir. Bunu aydınlaşdırmaq üçün məhkəmə iclası dekabrın 27-dək təxirə salındı”.
Qeyd edək ki, T.Səmədova da barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi.
Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.
O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO










