Tərtərdə toyda kütləvi dava

Tərtərdə toy mərasimində kütləvi dava olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki,, rayonun Heydər Əliyev prospektində yerləşən şadlıq saraylarından birində keçirilən toyda qonaqlar arasında mübahisə yaranıb.
Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Kütləvi dava zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Tərtər Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Sarıcalı kənd sakinləri: - 37 yaşlı Elmir Səmədov, 43 yaşlı Vidadi Abışov və qardaşı Nizami Abışov, habelə 48 yaşlı Feyzi Abışov, 31 yaşlı Ramin Səmədov, 26 yaşlı Abil Əliyev, 30 yaşlı Rəşad Hüseynov, 49 yaşlı Valeh Səfərov və 18 yaşlı Səfərli Kamal Valeh oğlu İmanlı Nurlan Rafel oğlunun toy mərasimində bir-birlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq hərəkətləri ediblər.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olublar. Faktla bağlı cinayət işi başlanaraq araşdırmalar aparılır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












