Teslanın başı növbəti dərddə: FBİ işə qarışır

ABŞ mərkəzli elektrikli avtomobil istehsalçısı Tesla, Model 3 avtomobillərin istehsalı ilə bağlı sərmayəçiləri yanıltdığı şübhəsiylə FBI tərəfindən istintaqa cəlb edilib. Avtosfer.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzetində məlumat verilib. Məlumata görə, FBI agentləri Teslanın 2017-ci ilin əvvəlində Model 3 marka avtomobillərin illik istehsal həcmi ilə bağlı sərmayəçiləri səhv məlumatlandırdığı iddiasını araşdırır. San Fransisko Federal Prokurorluğun iddiası “Daşınan Əmlak və Birja Komissiyası” (SEC) tərəfindən təsdiqləndikdən sonra istintaq başladılıb. İstintaqa əsas səbəb kimi, Elon Maskın sosial media hesablarını istifadə edərək şirkətin investisiya planlarına dair həqiqəti əks etdirməyən paylaşımları göstərilib. Tesla daha əvvəl 18 sentyabrda Ədliyyə Nazirliyinin istintaq üçün şirkətdən sənəd tələb etdiyini açıqlamışdı. Ancaq tələbin Model 3ün istehsalı ilə əlaqədar olub-olmadığına aydınlıq gətirməmişdi. Şirkətdən son proseslərlə bağlı veriln məlumata əsasən, hazırda Ədliyyə Nazirliyi Tesladan Model 3 avtomobillərinin istehsalı ilə əlaqədar sərmayəçilərə verilən məlumatlarla bağlı sənədləri tələb edib. Eyni zamanda şirkət nümayəndələri məsələylə bağlı heç bir məhkəmə çağırışı almadıqlarını söyləyib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












