Texniki baxışı üçün müddət məhdudiyyəti ləğv edildi

Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı üçün nəzərdə tutulan müddət ləğv olunub. Avtosfer.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. İndiyədək Əsasnamədə qeyd olunub ki, respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə həyata keçirilir. Dəyişikliklə bu müddət məhdudiyyəti götürülüb. Əsasnaməyə əsasən, texniki baxış belə həyata keçirilir: Tramvaylar və trolleybuslar, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, Silahlı Qüvvələrin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ildə 1 dəfə texniki baxışdan keçir. Hüquqi və fiziki şəxslərə məxsus olan (Silahlı Qüvvələrdən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqularına görə: İstehsal olunduqları vaxtdan 4 keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə ildə 1 dəfə texniki baxışdan keçməlidirlər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












