Texniki reabilitasiya vasitələri ilə təminatda gecikmələr: Vətəndaşlar şikayətçidirlər - VİDEO

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında texniki reabilitasiya vasitələri mühüm rol oynayır. Əlil arabası, protez, eşitmə cihazı və digər bu kimi vasitələr müvafiq qiymətləndirmə əsasında dövlət hesabına vətəndaşlara təqdim olunur.
Lakin Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlər göstərir ki, bu mexanizmlər heç də hər zaman gözlənildiyi kimi işləmir.
Şikayətçilərin sözlərinə görə, bəzi şəxslər əlil arabası və ya protez almaq üçün aylarla, hətta illərlə gözləməli olurlar. Müalicə və reabilitasiya xidmətlərindən yararlanmaq istəyən vətəndaşların bir qismi isə uzun növbələr səbəbindən bu imkanlardan vaxtında istifadə edə bilmədiklərini bildirirlər.
"Birinci qrup əlilliyim var, hər iki ayağımdan əliləm. Təxminən 11 aydır müalicə ala bilmirəm. Heç olmasa, altı aydan bir müalicə almaq imkanımız olsa, aldığım pensiyanı ağrıkəsici dərmanlara və iynələrə xərcləmərəm. Ağrıkəsicilərdən mədəm də zədələnib.
Müalicə olunmalıyam, bununla bağlı müraciət də etmişəm. Amma bir ildir müraciətimə baxan yoxdur, heç bir cavab verilmir. Dövlət hesabına heç bir dərman almıram, hamısını öz vəsaitimlə aptekdən əldə edirəm.
Bir neçə dəfə müraciət etmişəm, amma "mümkün deyil" cavabı verilib. Son vaxtlar sığorta ilə bağlı müəyyən xidmətlərin göstərildiyini eşitmişəm. Müraciət edirəm, amma nə nəticə var, nə də konkret cavab.
Hətta elə münasibət göstərirlər ki, insan müraciət etdiyinə peşman olur", - deyə şikayətçilərdən biri bildirib.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












