Təyyarə baqajlarının icarəsi xidməti təklif edilir - VİDEO

Bakıdan xarici ölkələrə, ordan da Bakıya ucuz qiymətə baqaj xidmətləri təklif olunur. Son zamanlar bəzi şəxslər sosial şəbəkələrdə bu tipli xidmətlər təklif edirlər. Məsələn, Bakıdan hər hansısa bir şəhərə təyyarə ilə gedən şəxs öz baqajında olan boş yeri başqasına sata və ya öz yükündən artıq olan çəkini pul qarşılığında başqasının baqajında daşıya bilər. Bunun üçün isə həmin şəxsə hər kiloqrama görə 2 dollar pul ödəməli olur. Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, daha çox ekonom büdcə ilə uçan şəxslər belə razılaşmalara üz tuturlar. Xidmətlər müxtəlif ölkələrə və şəhərlərə görə təşkil edilir. Ekspertlərin fikrincə, bu tipli sövdələşəmələr son zamanlar geniş yayılsa da, həm yükdaşıma qaydalarına ziddir, həm də hər iki tərəf üçün risklidir. Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə bu kimi sövdələşəmələrdən ümumiyyətlə istifadə edilmir.Kiçik həcmli yükün daşınması üçün təhlükəsizlik baxımından karqo şirkətlərindən istifadə tövsiyyə edilir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












