Təyyarəni “partlatmaqla” hədələyən varlı azərbaycanlı biznesmendir

Rusiyanın Novosibirsk şəhərinin “Tolmaçevo” aeroportundan Bakıya uçan “Airbus” təyyarəsini “partlatmaqla” hədələyən və həbs olunan sərnişin Azərbaycandan olan varlı biznesmendir. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, o Azərbaycana hansısa ailə mərasiminə gəlirmiş. Rusiya DİN-in Sibir federal dairəsi üzrə idarəsindən bildirildiyinə görə həmin şəxs Azərbaycana uçurmuş. Pasportuna görə Rusiya vətəndaşıdır, Krasnoyarsk sakinidir. Amma Azərbaycanda anadan olub. Krasnoyarskdan Bakıya birbaşa reys olmadığı üçün Novosibirsk üzərindən uçurdu. Bu şəxsin adı açıqlanmır, amma onun varlı adam olduğu bildirilir. Krasnoyarskda sanballı biznesi var. Komfort şəraitdə uçmağa öyrəşib: yumşaq kreslo, şampan şərabı, ayaqlarını nə qədər istəsə uzada bilər. Lakin bu dəfə necə olubsa adam ekonom klassa bilet alıb. Təyyarəyə miniyi elan edəndə sərnişin bileti üzrə yerinə oturub. Əvvəlcə özünü sakit aparıb, qalan sərnişinlər yerlərinə oturandan sonra sifətində sanki bu təəcüblü ifadə yaranıb: “Bu adamlar kimdir axı?”
Minik başa çatanda və stüardessalar qapıları bağlayanda adamın beyni çönüb. “Yəqin alkoqol başını dumanlandırıb”-polisdə deyirlər.
O, stüardessanı çağırıb və biznes-klassda yer verilməsini tələb edib. Stüardessa nəzakətlə cavab verib: “Olmaz, vətəndaş!? Sizin biletiniz ekonom klasadır, biznes istəyirsiniz? Heç cür olmaz”.
-Yerimi dəyişdirmirsən? Dəqiq dəyişdirmirsən? Onda görərsən nə edərəm: indi təyyarə uçacaq və mən bombanı partladacam,-azərbaycanlı biznesmen təxminən belə deyib.
Stüardessa tez pilot kabinəsinə qaçıb və sərnişinin dediklərini çatdırıb. Kapitan isə bu haqda bütün dispetçerlərə bildirib. Reys təxirə salınıb, polislər, xidməti itlər gəlib. Təyyarədə bomba-filan tapılmayıb, iki saat gecikmədən sonra sərnişinlər nəhayət Azərbaycana uçublar. Amma Krasnoyarskdan olan həmin biznesmeni polislər əlləri qandallı aparıblar. İndi onu 5 ilə qədər həbs gözləyir...
-------------
10:21
Sentyabrın 24-ü günorta saatlarında Rusiyanın Novosibirsk şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsində insident yaşanıb. Təyyarəyə sərxoş vəziyyətdə minən Krasnoyarsk diyarından olan 51 yaşlı sərnişin hava gəmisini partladacağı ilə hədələyib. "Komsomolskaya Pravda" yazır ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, kişi Bakıya birbaşa aviareyslə uçmaq üçün Krasnoyarskdan Novosibirskə gəlib. O, "S7" aviaşirkətinə məxsus təyyarəyə uçmağa hazırlaşan zaman stüardessadan onu ekonom sinifli oturacaqdan biznes sinifli hissəyə keçirməyi tələb edib. Sərnişin rədd cavabı aldıqda isə qışqıraraq deyib: "Məndə bomba var! Sizin hamınızı partladacağam!". Bu zaman heyət komandiri dərhal uçuşu təxirə salıb və polis çağırıb. Sərnişinlər təxliyyə olunub. Hava gəmisində xidməti itin köməkliyi ilə axtarış aparılıb. Lakin heç bir partlayıcı maddə aşkar olunmayıb. Sonda təyyarə iki saat gecikmə ilə Bakıya yola salınıb. Sözügedən sərnişin saxlanılıb. Ona qarşı cinayət işi açılıb. İndi sərnişini 5 ilədək həbs cəzası gözləyir.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










