Təzəcə təmir olunan hasar niyə yenidən üzlənir? - ŞİKAYƏT

Sabunçu–Zabrat magistralı boyunca yerləşən hasarın yenidən üzlənməsi müzakirələrə səbəb olub. Memar Elçin Əliyev görülən işlərin həm iqtisadi, həm də estetik baxımdan məqsədəuyğun olmadığını bildirib.
Avtosfer.az xəbər verir ki, memarın sözlərinə görə, ilin əvvəlində magistral boyunca uzanan köhnə daş hasar suvanaraq açıq rəngə boyanmış və nəticədə ərazi daha səliqəli görünüş almışdı. Lakin qısa müddət sonra həmin hasarda yenidən tikinti işlərinə başlanılıb və hasar dekorativ daş üzlük plitələri ilə örtülür.
Elçin Əliyev qeyd edib ki, təbii kərpic hörgüsünün əvvəlcə suvanması, sonra rənglənməsi, ardınca isə yenidən kərpic görüntüsünü təqlid edən dekorativ üzlüklə örtülməsi məntiqsiz yanaşmadır.
"Əgər hasar artıq təmir olunaraq normal görünüş almışdısa, onu yenidən üzləməyə hansı zərurət yaranıb? Bu qərarın məqsədi nədir? Əvvəlki variant niyə dəyişdirilir? Bu işlərin dövlət büdcəsinə neçəyə başa gələcəyi barədə ictimaiyyətə məlumat verilməlidir", – deyə memar bildirib.
Onun sözlərinə görə, hasarın uzunluğu təxminən bir kilometr olduğundan layihənin dəyərinin yüz minlərlə manat ola biləcəyi istisna edilmir. Bu baxımdan xərclərin əsaslandırılması və layihə barədə şəffaf məlumatın açıqlanması vacibdir.
Memar əlavə edib ki, bu cür dekorativ üzlüklər Azərbaycanın iqlim şəraitində uzunömürlü olmur. Bir neçə ildən sonra plitələrin qoparaq sıradan çıxması yenidən təmir işlərinin aparılmasına və əlavə büdcə vəsaitinin xərclənməsinə səbəb ola bilər.
Elçin Əliyev hesab edir ki, mövcud hamar səthin vaxtaşırı yenidən rənglənməsi həm iqtisadi, həm də texniki baxımdan daha səmərəli olardı.
Eltac Zülfüqaroğlu
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












