“Tik-Tok”da çirkli pullar necə yuyulur? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO

“TikTok” platformasında çirkli pulların yuyulması, qanunsuz fəaliyyətlərlə əlaqəli maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edilən üsullardan biridir. Bəzi hallarda, bu platforma qanunsuz yollarla əldə edilən vəsaitlərin gizlədilməsi, yuyulması və ya təmizlənməsi məqsədilə istifadə olunur.
Bu əməliyyatlar adətən istifadəçilərin məhsul və xidmətlər satışı və hədiyyələr vasitəsilə həyata keçirilir. Çirkli pulların yuyulması həm də sosial media hesabları üzərindən qeyri-qanuni maliyyə dövriyyələri və hesablar arası köçürmələr yolu ilə baş verə bilər. Bu cür fəaliyyətlər, həm platformanın şərtlərini pozur, həm də hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə cəzalandırılır.
Mövzu haqqında ”Baku TV”nin efirindəki "Baku Aktual" verilişində qonaq olan İlkin Həsəni bildirib ki, "Instagram" "Meta" şirkətinə məxsusdur və bu şirkət artıq 5 ilə yaxındır ki, ölkəmzidən reklama pul yatıranlardan 18% vergi tutur:
“"YouTube"dan əldə edilən gəlirə görə də vergi ödənilir. Yeganə idarə edilə bilməyən sosial şəbəkə "Tik-Tok" platformasıdır. "Tik-Tok" bir bəladır. Burada çirkli pulların yuyulması isə belə baş verir: əlində çirkli pul olan şəxs kiminləsə danışaraq ona hədiyyələr göndərir, daha sonra həmin adam da onları nağdlaşdıraraq 50 faizini geri qaytarır. Həmin pulların Dubayda, yaxud Türkiyədə nağdlaşdırılması haqqında məlumatlar var. Bu məsələ nəzarətdən kənarda qalıb".
Mövzu ilə bağlı İKT üzrə ekspert Elvin Abbasovun fikrincə, ümumiyyətlə, dünyada pul yuyulması istiqamətində həm ənənəvi, həm də müasir yanaşmalar mövcuddur:

“Ənənəvi üsullarda otellər, çamaşırxanalar və digər müəssisələr istifadə edilirdi. Bu yerlərdə pul, iş aparılırmış kimi göstərilib, qeyri-qanuni yollarla yuyulurdu. Müasir dövrdə isə kriptovalyutalar və sosial şəbəkələr, o cümlədən “Tik-Tok”, pul yuyulması üçün daha əlverişli mühit yaradır. Əvvəlki dövrlərdə başqa sosial şəbəkələr və internet saytları üzərindən də pulların yuyulması mexanizmləri mövcud olub.
“Tik-Tok” isə bu cür əməliyyatların ən asan şəkildə həyata keçirildiyi platformalardan biridir. Burada, xüsusən hədiyyələr vasitəsilə pul yuyulması daha əlverişlidir. “Tik-Tok”da pulun bir qisminin qalması və qalan hissəsinin qarışması ilə bağlı çox aktual mexanizmlər var. Sosial şəbəkələrdə, xüsusilə blogerlər tərəfindən pul yuyulması məsələsi sadəcə “Tik-Tok” ilə məhdudlaşmır, musiqi sahəsində də bu tip hallara rast gəlinir. Bu motivlər çox zaman bu platformalarda hiss olunur və bu da həmin sahədəki qeyri-qanuni fəaliyyətləri göstərir”.
Eltac Zülfüqaroğlu
Buzovna qayalığında növbəti iməcilik; sakinlər abidəni qorumağa çalışırlar – VİDEO
Ödənişli Şuşa yolu istifadəyə verildi - VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Günəşdə ikinci güclü partlayış olub
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ! - Sabahdan…
Sumqayıtdakı bu marşrut avtobuslarından da narazılıq artıb - FOTO
Yeni enerji müqavilələri Azərbaycanın iqtisadi mövqeyinə necə təsir edəcək? - Ekspert AÇIQLADI
Ermənistan seçkiləri sülh prosesinə necə təsir edəcək?- AÇIQLAMA
Bakı–Tbilisi–Qars dəmir yolunun yükdaşıma gücü 5 dəfə artırıldı – ADY sədri
Taksi sürücüsü və sərnişin arasında məbləğlə bağlı problem niyə yaranır? – Ekspert AÇIQLADI - VİDEO








