"TikTok"dakı maşın alverinin qaranlıq tərəfləri - Aldadıla bilərsiz - AÇIQLAMA

Sosial şəbəkələrdə yaradılan saxta profillər vasitəsilə vətəndaşlara kredit şərti ilə avtomobil satışı təklif olunub. Alıcılar əvvəlcədən beh ödədikdən sonra satıcılarla əlaqə kəsilib və onlar dələduzluğa məruz qalıblar.
Belə hadisələrdən biri də Ağdam sakini Samir Şükürovun başına gəlib.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, o, iddia edir ki, Elvin Hümməbov adlı şəxs ona qarşı dələduzluq edib. Hətta vətəndaş öz şəxsiyyət vəsiqəsinin şəklini göndərərək müəyyən məbləğdə ilkin ödəniş edib. Zərərçəkmişin sözlərinə görə, aldanan tək o deyil, onunla paralel bir neçə şəxs də qurban olub.
Bu halların qurbanı olmamaq üçün nə etmək lazımdır?
Məsələ ilə bağlı hüquqşünas Turan Abdulzadə bildirir ki, bu kimi halların qurbanına çevrilməmək üçün onlayn ödənişdən imtina etməli, həmin şəxsi realda görməli və ondan sonra alqı-satqı ilə bağlı danışıqlar aparılmalıdır.
Bəs vətəndaşları aldadan şəxsi hansı cəzalar gözləyir?
"Aldatma yolu ilə özgənin əmlakını əldə etmək 1000 manatdan 2000 manatadək cərimə və ya 2 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər həmin şəxs bu əməli bir neçə şəxsə edibsə və xeyli miqdarla mənimsəmə həyata keçiribsə, bu halda 3 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir".
Məsələ ilə bağlı DİN-dən bildirildi ki, məsələdən məlumatlıdırlar. Həmin şəxslər Ağdam rayon polis bölməsinə dəvət edilərək izahatları alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












