"TikTok"dakı qeyri-etik paylaşımlara görə həbs edildilər

Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənova müəyyən edilərək saxlanılıblar.
Avtosfer.az xəbər verir ki, araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub.
Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.
Müvafiq qərarlarla V.Mahmudova, L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olub, S.Həsənova isə 750 manat cərimə edilib.
Qeyd edək ki, polis tərəfindən sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasına hüquqi qiymət verilir və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












