Tıxac işə gecikmək üçün üzrlü səbəbdirmi? – EKSPERT RƏYİ

Əksər təşkilatlar əməkdaşların nəqliyyat tıxaclarına görə işə gecikməsini üzrlü səbəb hesab etmir.
Avtosfer.az xəbər verir ki, bunu Rusiya Prezidenti Akademiyasının Əmək hüququ kafedrasının əməkdaşı Tatyana Qolubeva bildirib.
Hüquqşünasın fikrincə, əslində tıxac işə gecikmək üçün üzrlü səbəb deyil. İşçi vaxtı elə planlamalıdır ki, iş saatının əvvəlində müəssisədə ola bilsin.
Bununla belə, Qolubeva bidlirir ki, hər bir tıxac və gecikməyə fərdi yanaşma zəruridir. İnsan iradəsindən asılı olmayan hallar üzrlü səbəbdir. Bura havanın kəskin dəyişməsi, nəqliyyatın işində fasilə, yolların xəbərdarlıqsız bağlanması və alternativ yolların olmaması daxildir.
Əməkdaşın işdən azad edilməsinə gəlincə: hüquqşünas bildirir ki, gecikməyə görə tənbeh mümkündür. Bununla belə, işçi yalnız üzrlü səbəb olmadan tam iş günü ərzində işə gəlmədiyi halda onunla əmək müqaviləsinə xitam verilə bilər. Üzrlü səbəblər demək olar hər bir ölkənin əmək qanunvericiliyində göstərilib.
Vüqar
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












