Tıxac probleminin yeni həlli - Şəxsi avtomobillər qadağan ediləcək?

Bakı şəhərində “Avropa Mobillik Həftəsi” çərçivəsində sentyabrın 16-22-də davamlı hərəkətliliyə yönələn tədbirlər və “Avtomobilsiz Gün” keçiriləcək. Bəzi xarici ölkələrdə - Fransa, Hindistan və s. həm tıxac probleminin qarşısının alınması, həm də əhalinin hərəkətliliyinin artırılması məqsədilə həftənin bəzi günləri şəxsi avtomobillərdən istifadəyə məhdudiyyətlər qoyulur.
Azərbaycanda da gələcəkdə bu üsul tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yaxın gələcəkdə bu üsulun, əsasən də, paytaxt Bakıda tətbiqi mümkün görünmür.
“Avtomobilsiz günlər”ə kütləvi formada əməl olunacağını düşünmürəm. Əslində, biz bunu çox həvəslə gözlüyərdik ki, əhalimiz zərurət olmadan şəxsi avtomobildən istifadəyə maraq göstərməyəcəklər. Təbii ki, ilk növbədə bunun üçün güclü ictimai nəqliyyat sistemi lazımdır. Cüt və tək günlər məsələsi bir çox ölkələrdə tətbiq olunub və müəyyən effektlər verib. Amma dediyim kimi bu üsul elə ölkələrdə tətbiq oluna bilər ki, onların güclü ictimai nəqliyyatı var. Bu təşəbbüs sentyabrın 16-dan başlayır. Elə bu tarixdən də şəhərin mərkəzi küçələri bağlıdır, avtobusların istiqaməti dəyişdirilir, əsas küçələr, yollar bağlıdır. Bəs insanlar necə “avtomobilsiz gün” keçirə bilərlər?”.
Ekspert qeyd edir ki, ictimai nəqliyyatımız tam inkişaf etdikdən, metro stansiyalarının sayı artdıqdan, avtobusların sayı arzuolunan səviyyəyə çatdıqdan sonra insanlar özləri şəxsi avtomobillərdən imtina edəcəklər.(manset.az)
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












