Tıxac sürücüləri əlavə xərcə salır - VİDEO

Yeni dərs ili başlayandan bəri Bakıda demək olar ki, hər gün tıxac müşahidə edilir. İndi tıxaca hətta qeyri-pik saatlarda da düşmək mümkündür. Bu isə sürücüləri əlavə xərcə salır. Çünki tıxac təkcə yanacağın artıq sərfinə deyil, həm də bir çox detalın vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Buna diqqət etməyən sürcülər isə külli miqdarda ziyana düşə bilər. Avtosfer.az-ın məlumatına görə, mütəxəssislər tıxacda qalmağın avtomobillərin bir çox detallarına ziyan olduğunu bildirir. Bu zaman ən çox yük isə mühərrikin üstünə düşür. Xüsusilə mühərrik yağı daha tez keyfiyyətini itirir ki, bunun da böyük fəsadı ola bilər. Yağı vaxtında dəyişilməyən və keyfiyyətsiz yağdan istifadə edilən avtomobillərdə mühərrik daha tez sıradan çıxır və avtomobilin modelinə görə bu hal sürücüyə 500-5000 manat arası ziyan vura bilər. Bundan başqa, tıxac zamanı mühərrikxanada yaranan yüksək temperatur bir çox halda elektornik detalların sıradan çıxmasına və avtomobilin mayesinin qaynamasına səbəb olur ki, bunun olmaması üçün də keyfiyyətli anti-freezdən istifadə etmək lazımdır. Mütəmadi olaraq tıxaclı yolla getməyə məcbur olan sürücülərə yolda qalmamaq üçün daha tez-tez usta yoxlanışına getmək məsləhət görülür.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












