Tıxac zamanı avtobus zolağından istifadə edən sürücülərin nəzərinə!

“Avtobus zolaqları ictimai nəqliyyatın sərbəst hərəkətini təmin etmək üçün ayrılıb və buradan digər nəqliyyat vasitələrinin istifadəsi qanunla məhdudlaşdırılıb. Bununla belə, sıxlıq və tıxac yaranan hallarda yol hərəkətini tənzimləyən polis nəfəri vəziyyəti yüngülləşdirmək məqsədilə sürücülərə avtobus zolağına daxil olmağa icazə verə bilər. Burada diqqət edilməli məqam budur ki, belə icazə yalnız həmin situasiya və həmin məkan üçün qüvvədədir. Yəni sürücü avtobus zolağına daxil olur, sıxlığı keçənədək hərəkətini davam etdirir və ilk fürsətdə əsas hərəkət zolağına qayıdır. Bu, sürücüyə yol boyu sərbəst şəkildə avtobus zolağı ilə getmək səlahiyyəti vermir”.
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Samuran Səmədbəyli deyib.
Ekspert vurğulayıb ki, nizamlayıcının göstərişi yalnız yaranmış tıxacın aradan qaldırılması üçün nəzərdə tutulur: “Əks halda, sürücü avtobus zolağında qanunsuz hərəkətdə qalarsa, artıq qayda pozuntusu baş verir və İnzibati Xətalar Məcəlləsinə görə, bu hal üçün cərimə və bal tətbiq olunur. Buna görə də sürücülər bilməlidirlər ki, polis nəfərinin göstərişi müvəqqəti xarakter daşıyır, situasiya dəyişdikdən sonra isə ümumi qaydalar bərpa olunur”.(pravda.az)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












