Tıxaca düşməyin də xeyri varmış: Nazirlik işçisi ölümdən döndü - FOTO

"Mən həmişə Cakartaya səhər saat 3-də çatırdım. Amma, bu dəfə tıxaca düşdüyümə görə saat 6:20-də çatmışdım və təyyarəyə gecikmişdim". Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, İndoneziyanın Maliyyə nazirliyində vəzifəli şəxslərdən biri olan Soni Setiavnolan (Sony Setiawanolan) da qəzaya düşən təyyarəyə bilet alıbmış. Lakin, onun bəxti gətirib. Belə ki, o, tıxaca düşdüyünə görə hava limanına gecikib və başqa təyyarə ilə gedib. Soni təyyarədən düşəndə gecikdiyi reysin qəzaya düşdüyünü öyrənəndə özünü itirib. O, bilməyib ölmədiyinə sevinsin, ya dostlarının həlak olmasına ağlasın. "Niyə tıxaca düşdüyümü anlamıram. Həmişə yollar boş olurdu. Xəbəri eşidəndə dəhşətə gəldim. Çünki, mənim dostlarım o təyyarədə idi". Qeyd edək ki, İndoneziyanın paytaxtı Cakartadan havalanan 737 MAX 8 sərnişin təyyarəsi 15 dəqiqə sonra Yava dənizinə düşüb. Təyyarədəki 188 nəfərin hamısı həlak olub. Onlardan 7 nəfəri heyət üzvləridir. Həlak olanlar arasında 3 uşaq var.



Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












