Tıxacdan çıxış yolları var - Diqqətlə baxmaq lazımdır!

Formula 1 olmasaydı ilk dərs günü ciddi tıxac-problem olmazdı. Çünki AYNA xəttə yeni avtobuslar buraxılacağını elan etmişdi. Azı 200 ədəd. Yaxşı rəqəmdir. Ən əsası isə polis nəzarəti ciddi nəticələr verir. DYP ilə yanaşı PPX və Çevik Polis Alayı da küçə və yollarda vəziyyətə nəzarət edir.
Üstəlik, ikinci cərgədə parklanmaya görə cəzalar ağırlaşdığı üçün bəzi sürücülər özünü yığışdırıb uzaqda da olsa boş yerdə parkinqə üz tuturdu.
Ancaq pis yanaşmalar hələ də qalır. Məsələn, mərkəzi yollar bağlıdır deyə sürücülər daha çox ara yollara üz tutur. Ara yollarda isə sözün həqiqi mənasında xaos yaşanır. Bir daha təkrar edib qurumları ara yollarda qayda-qanun yaratmağa çağırıram. Gücüm çatan hər cür dəstəyi göstərməyə hazıram.
Alternativ yola yönləndirdiyiniz sürücülərin o yollarda üzləşdiyi problemləri analiz etmək lazımdır. Ara küçələrdə qayda-qanun yaratmaqla tıxaclı yollarda vəziyyəti ən azı 15-20 faiz dəyişmək olar.
Yeri gəlmişkən, Cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və 2025-30-cu illəri əhatə edən Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramında əks olunan ciddi məsələlər tezliklə həll edilməlidir.
İş və dərs saatlarının dəyişdirilməsindən başlamaq olar. Proqramın icrasının 1 ilinin 9 ayı gedib, ortada ciddi nəticə yoxdur.
Elməddin Muradlı
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












