Tıxacın “qənimi” Bakıya qayıdır

Xəbər verdiyimiz kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında yaxın illərdə Bakıda tramvaydan istifadə ilə bağlı konkret qərarların veriləcəyini bildirib.
Onun sözlərinə görə, gələcəkdə müvafiq sahəyə cavabdeh təşkilatların qərarı ilə əsas yerüstü nəqliyyat növü tramvay ola bilər.
Qeyd olunub ki, hazırda ictimai nəqliyyat üçün küçələr müəyyənləşdirilib və ayrıca zolaqların təşkili üçün iş görülür.
Tramvay Bakının tıxac problemini həll edə bilər?
Mövzu ilə bağlı açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, tramvay tıxac problemini dərhal deyil, qismən, mərhələli şəkildə həll edə bilər:
“Bakı şəhərində tıxacın yaranma səbəbləri həddən artıq çoxdur.
Düşünmürəm ki, tramvay xətti çəkilən kimi bir anda tıxac problemindən qurtula bilək. Amma istənilən halda tramvayın olması ictimai nəqliyyatı şaxələndirir. Yenə də ən azından tıxacların aradan qaldırılmasına yardımçı olacaq. Çünki o da ictimai nəqliyyatın vacib növlərindən biridir və Bakı şəhərində olması labüddür”.
Ekspert öz təkliflərini də səsləndirib:
“Sadəcə olaraq, tramvay xətləri elə yollardan çəkilsin ki, həqiqətən şəhər əhalisinin və qonaqların daşınmasına xidmət etsin. Yəni, sadəcə turistlərin şəkil çəkdirməsi üçün olmasın. Bakı şəhərində tramvay xətləri çəkilə biləcək yollar, prospektlər var. Hətta tramvay xətləri Bakı dairəvi yol ərazisinə və müxtəlif istiqamətlərə də çəkilə bilər. Tramvay həm də ona görə ictimai nəqliyyat da vacib növlərdən biridir ki, maneəsiz hərəkət edir. Ona görə tramvaya əyləşən şəxs bilir ki, konkret olaraq nə vaxta bir nöqtədən digər nöqtəyə gedib çata biləcək”.
O qeyd edib ki, ictimai nəqliyyat şaxələndikcə vətəndaşlar fərdi avtomobillərə daha az üstünlük verəcəklər.
(cebhe.info)
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











