Tomislav Nikoliç: "Azərbaycan və Serbiya "İpək Yolunun" inkişafına fəal töhfə verir"

Azərbaycan və Serbiya "İpək Yolunun" inkişafına birgə fəal töhfə verir. Azərbaycanın Serbiyadaki səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Serbiyanın nüfuzlu "Danas" qəzetinə müsahibəsində Serbiyanın sabiq prezidenti, Rusiya və Çinlə əməkdaşlığın əlaqələndirilməsi üzrə Milli Şuranın sədri Tomislav Nikoliç deyib.
Onun sözlərinə görə, mart ayının ortalarında Azərbaycanın Serbiyadan olan deputatların da iştirak etdiyi "İpək yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirlməsində parlamentarilərin rolu" mövzusunda beynəlxalq konfransa ev sahibliyi etməsi də bundan xəbər verir.
"Serbiyanın "İpək Yolu" üzərində sıx əməkdaşlıq edə biləcəyi ölkələrə gəlincə, xüsusilə Azərbaycanı qeyd etmək istərdim. Azərbaycan Çinlə birlikdə Serbiyada infrastruktur layihələrdə fəal iştirak edir. 11-ci dəhliz layihəsinin Lyiq-Prelyina hissəsini Azərbaycanın "AzVirt" şirkəti tikmişdir. Görülən işlərin keyfiyyəti "AzVirtin" Serbiyada fəaliyyətini davam etdirməsində Serbiya hökumətini maraqlı edən səbəbdir. Artıq bu günlərdə bizim azərbaycanlı və çinli tərəfdaşlarımız Serbiya üçün mühüm əhəmiyyət kəsb edən daha bir vacib layihənin həyata keçirilməsinə başlayacaqlar",-deyə o bildirib.
Nikoliç vurğulayıb ki, Serbiya ikitərəfli qaydada Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinin tərəfdarıdır, xüsusilə də Azərbaycanın Serbiyada özəlləşdirmə prosesində daha yaxından iştirakında və Serbiya iqtisadiyyatına iri sərmayə qoyuluşunda.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












