Torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub - FOTO

Daxili işlər orqanları tərəfindən narkotik vasitələtin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Fərid Mirzəyev və qohumu Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyev 1 kiloqram 118 qram narkotik vasitə olan heroini satmaq istəyən zaman saxlanılıblar.
Əməliyyat tədbirlərinin davamı olaraq M.Barıyevin Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırılmış 2 kiloqram 76 qram narkotik vasitə tiryək də aşkar olunaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik vasitələr F.Mirzəyev tərəfindən qanunsuz yolla İrandan ölkəmizə gətirilib. Bundan sonra o, M.Barıyevin də iştirakı ilə heroini və tiryəki paytaxta gətirərək satmağa çalışıblar. Faktla bağlı 6-cı Polis Bölməsində toplanan material araşdırlması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Namiq


Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO













