Torpaqların səmərəli istifadəsi üçün peyk nəzarət sistemi qurulur - VİDEO

Ölkəmizdə ilk dəfə olaraq torpaqların səmərəli istifadəsində peyk nəzarət sistemi qurulur. Artıq bununla bağlı işlərə başlanılıb. Avtosfer.az xəbər verir ki, Avropa ölkələrinin təcrübəsi öyrənilərək Sloveniyadan olan mütəxəssislər prosesə cəlb edilib.
Peyk nəzarəti sisteminin yaradılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində operator qrupu formalaşdırılır. Peyk çəkilişi nəticəsində əldə olunan məlumatlar bu qrupa yönləndiriləcək. Operator qrupu həmin məlumatları ərazi idarələrinə göndərəcəklər. Ərazi idarələrinin nümayəndələri torpaq üzərindəki dəyişikilikləri yoxlayaraq mərkəzə məlumat verəcəklər.
Sistem vasitəsilə torpaqların məhsuldarlığının araşdırılması, quraqlıq sahələrinin kateqoriyalara bölünməsi və rəqəmsal xəritələrin tərtibi işləri də həyata keçiriləcək.
Yeni sistemin tətbiqinə gələn ildən başlanacaq.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












