Tovuz küçələrində 58 illik avtomobil şütüyür - VİDEO

Tovuz sakini atasının yadigarı olan avtomobili indi də qoruyub saxlayır. 1960-cı ilin istehsalı "Moskviç 403" markalı maşın görənlərin də marağına səbəb olur. Avtosfer.az xəbər verir ki, bu avtomobilə görə sahibinə yüksək məbləğdə pul təklif edənlər də olub. Amma onun maşını satmaq fikri yoxdur. Tovuz küçələrində 58 illik avtomobil şütüyür. Rayon sakini, 60 yaşlı Cümşüd Əhmədovun "Moskviç 403" markalı avtomobili 1960-cı ilin istehsalıdır. O deyir ki, bu maşın ona atasından qalıb. İli köhnə olduğu üçün görənlərin marağına səbəb olur. Kimisi maşınla şəkil çəkdirir, kimisi də toyunda gəlin maşını olması üçün sifariş verir. O, avtomobilini göz bəbəyi kimi qoruyur. İndiyədək "Moskviç-403"-ün mühərrikinin xırda hissələri dəyişdirilib və sürət qutusu yenilənib. Kabinəsində çürük yeri olmayan avtomobil bircə dəfə 30 il əvvəl rənglənib. Sürət qutusu 4 pilləlidir, maksimum sürəti isə saatda 140 km-dir. İstehsal ilindən bu günədək 165 min 925 km yol qət edən "Moskviç-403"-ə xarici ölkə istehsalı olan yeni avtomobil və çox miqdarda pul da təklif ediblər. Amma sahibi onu satmır. Cümşüd Əhmədov özündən sonra avtomobili atasının adını daşıyan nəvəsinə əmanət edib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












