Tovuzda 11 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur – FOTO + VİDEO

Tovuzda strateji əhəmiyyətə malik bir neçə yolun yenidən qurulması bitir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, söhbət Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolundan, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarından gedir. Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarının ümumi uzunluğu 15 km təşkil edir. Tikinti layihəsinə uyğun olaraq, düşərgə və Hacıhəsənli kəndinə giriş yolunun asfalt-beton örtüklü, Yanıqlı, Sofular və Saladinli kəndlərinin giriş yollarının isə çınqıl örtüklü olması nəzərdə tutulub. Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 176 ədəd yol nişanı və məlumatverici lövhə, km göstəricisi ,1715 ədəd siqnal dirəyi quraşdırılacaq. Yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılmaqla yaxın aylarda burda müasir yol infrastrukturu yaradılacaq. Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Namiq
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO















