Toya gələn şəxs bıçaqlanıb - Ağdamda

Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb. Yerli sakin Teymur Qurbanov yaxın qohumunun toy məclisində iştirak edən zaman naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisə şahidlərinin sözlərinə görə, biçaqlanma zərərçəkənin toya daxil olmasından bir neçə saat sonra baş verib. Hələlik kim olduğu bilinməyən sərxoş səxs T.Qurbanova qəflətən iki bıçaq zərbasi vuraraq hadisə yerindən qaçıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Yaralı ətrafdakı insanların köməkliyi ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Zərərçəkmişin əmisi Məhiyyədin Qurbanov "Report"un Qarabağ bürosuna bildirib ki, Ağdam RMX-da yaralıya lazımi tibbi yardım göstərilmədiyi üçün o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər T.Qurbanovun vəziyyətini orta-ağır qiymətləndirirlər. Faktla bağlı Ağdam rayon Polis şöbəsində araşdırma aparılır.
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR












