Tozsoranın içərisində psixotrop maddə aşkarlanıb – FOTO + VİDEO

"Qırmızı Körpü" gömrük postunda Türkiyədən "Mercedes-Benz" markalı sərnişin avtobusu ilə gələn Azərbaycan vətəndaşının əl yükündə psixotrop maddə keçirilməsinin qarşısı alınıb. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən "Mercedes-Benz" markalı sərnişin avtobusu ilə gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Əl yükünə baxış zamanı, "Fantom" markalı tozsoranın içərisindən sellofan paketdə külli miqdarda, təsiredici maddəsinin miqdarı 145,05 qram təşkil edən 967 həb MDMA (ekstazi) psixotrop maddəsi aşkar edilib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən başlanan cinayət işi çərçivəsində həmin psixotrop maddəni götürmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn 3 nəfər Azərbaycan vətəndaşı da saxlanılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin təqsirini sübut edən kifayət qədər dəlillər toplanıldığı üçün onlar şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayətkar qrupun əlaqələrinin aşkara çıxarılması, təqsirləndirilən şəxslərin başqa cinayətlərin törədilməsində iştiraklarının olub-olmaması, cinayətlərin törədilməsində iştirakı olan digər şəxslərin, o cümlədən aşkar edilən psixotrop maddələrin Azərbaycanda kimlərin vasitəsilə və haralarda realizə ediləcəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Namiq
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












