“Trami” tufanı Okinavaya çatıb

"Trami” tufanı Yaponiyanın cənubunda yerləşən Okinava prefekturasına güclü külək və yağış gətirib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, sentyabrın 29-da səhər saat 9-a olan məlumata görə tufan Okinava prefekturasının Naha şəhərindən 130 kilometr məsafədə olub. Tufanın zəif sürətlə şimal istiqamətində irəlilədiyi bildirilir. Sinoptiklər xəbər verirlər ki, tufanın mərkəzində küləyin sürəti saatda 160 kilometrə, havanın təzyiqi isə 950 hektapikselə çatır. Proqnozlara görə, şənbə günü onun Kaqoşima prfekturasının Amami adalarının yaxınlığında olacağı gözlənilir. Okinava və Amaminin sakinlərini güclü yağış, külək və böyük dalğalar gözləyir. Amamaidə küləyin şiddətinin saatda 250 kilometrədək artacağı proqnozlaşdırılır ki, bu da sürətli “Şinkansen” qatarlarının sürətinə bərabərdir. Yaponiya Külək Enerjisi Assosiasiyasının ekspertlərinin bildirdiyinə görə, güclü külək ciddi fəsadlar törədə bilər. Belə ki, köhnə binaların və hətta dəmir karkaslı tikililərin dağılacağı istisna edilmir. Elektrik dirəklərinin, beton divarların, yolla hərəkət edən maşınların belə aşması mümkündür. “Trami”nin şimal-şərq istiqamətində hərəkət edəcəyi və Yaponiyanın əsas adasına bazar günü çatacağı gözlənilir. Meteoroloqlar sakinləri ehtiyatlı olmağa, güclü yağışdan, küləkdən və böyük dalğalardan qorunmağa çağırırlar. Şənbə günü səhər saat 6-ya olan məlumata görə aviaşirkətlər gün ərzində artıq 382 daxili reysi təxirə salıblar. Bazar gününə olan bəzi reyslərin də təxirə salındığı bildirilir. Yaponiya Nəqliyyat Nazirliyi tufanın yaxınlaşması ilə əlaqədar bütün ölkə üzrə aviaşirkətləri təhlükəsizlik tədbirləri görməyə çağırıb. Tufan nəticəsində artıq dörd nəfərin xəsarət aldığı, 98 min evin isə elektrik enerjisiz qaldığı da qeyd edilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












