Tramp atəşkəsin pozulduğunu açıqladı - FOTO

"İran Hörmüz boğazından keçən gəmilərə hücum etmək üçün azı dörd kamikadze dronu havaya qaldırıb".
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.
"Pilotsuz uçuş aparatlarından biri böyük və çox bahalı yük gəmisinin üst göyərtəsinə dəyib. Gəmi zədələnsə də, marşrutunu davam etdirib. Digər üç pilotsuz uçuş aparatı isə ABŞ hərbçiləri tərəfindən vurulub.
Aydındır ki, bu, atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır", - deyə Tramp bildirib.
Bundan əvvəl İranın dövlət teleradio şirkəti üç xarici tankerin Tehranın icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd etdiyini bildirmişdi.
Məlumata görə, tankerlər İran Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və marşrutlarını dəyişməyə məcbur olublar. Onlar cənub dəhlizindən istifadə etməklə boğazı keçməyə çalışsalar da, xəbərdarlıqlardan sonra yenidən Fars körfəzinə geri dönüblər.
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO













