Tramp İrana hücumu LƏĞV EDİB

ABŞ Prezidenti Donald Tramp İrana planlaşdırılan hücumun ləğv edildiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, ABŞ İkinci Dünya müharibəsindən bəri görünməmiş səviyyədə hərbi hazırlıq, güc və zərbə imkanlarına malik olsa da, İran və digər Yaxın Şərq ölkələri Vaşinqtondan hücumun təxirə salınmasını istəyiblər. Onun sözlərinə görə, buna səbəb tərəflər arasında razılaşmanın əsas prinsipləri üzrə anlaşmanın əldə olunmasıdır.
ABŞ Prezidenti qeyd edib ki, sözügedən razılaşma Hörmüz boğazının dərhal, tam və qeyd-şərtsiz açılmasını, həmçinin İranın nüvə təhdidinə son qoymasını nəzərdə tutur.
Tramp vurğulayıb ki, bu müraciəti və mümkün razılaşmanın perspektivini nəzərə alaraq, dünyanın gələcək rifahı, eləcə də sabit və firavan İran naminə, yaxın vaxtlarda yekun razılıq əldə olunacağı təqdirdə, hücumun ləğvinə razılıq verib.
O əlavə edib ki, İsrail də bu qərara dəstək verir və prosesin uğurla başa çatdırılması üçün tərəfləri işi sürətlə yekunlaşdırmağa çağırıb.
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı












