Tramp İrlandiyanın birləşməsi ilə bağlı referendumun keçirilməsindən DANIŞIB

ABŞ Prezidenti Donald Tramp gələcəkdə İrlandiya Respublikasının Birləşmiş Krallığın tərkibinə daxil olan Şimali İrlandiya ilə birləşməsi məsələsinə dair referendumun keçirilə biləcəyini istisna etməyib
Avtosfer.az xəbər verir ki, bu barədə Tramp İrlandiyadakı qolf klubunda jurnalistlərə açıqlamasında, əvvəllər belə bir referendumun keçirilməsini istisna edən Böyük Britaniyanın Baş naziri Endi Börnhemin sözlərini şərh edərkən bildirib.
"Hamı belə deyir, sonra isə nəsə baş verir. Şimali İrlandiya var və İrlandiya var. Mənə elə gəlir ki, tarixdə ən təbii addımlardan biri onların birləşdirilməsi olardı", - Amerika lideri bildirib.
Olsterdə "Şinn feyn" milli-respublikaçı partiyasının seçki uğurları fonunda İrlandiyanın mümkün birləşməsi barədə müzakirələr daha tez-tez səslənməyə başlayıb. 2022-ci ildə "Şinn feyn" tarixində ilk dəfə olaraq Şimali İrlandiyada keçirilən regional seçkilərdə qalib gəlib.
2024-cü ildə Britaniya parlamentinin İcmalar Palatasına keçirilən seçkilərdə də partiya ilk dəfə olaraq Olsterin bütün siyasi qüvvələri arasında ən yaxşı nəticə göstərib.
Bununla yanaşı, formalaşmış ənənəyə görə "Şinn feyn" Vestminsterdə parlamentin işində iştirak etmir: partiya üzvləri səs vermir və qanunverici orqanda öz yerlərini tutmurlar, çünki deputatlar üçün məcburi olan Britaniya monarxına and içmək istəmirlər.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












