Tramp qaydaları dəyişdi - Yeni avtomobillər ucuzlaşacaq

Tramp administrasiyasının ABŞ-də karbon emissiyası qaydalarını sadələşdirməsi avtomobil dünyasında böyük canlanma yaradıb. Bu addım istehsalçıların hansı mühərriklərə üstünlük verəcəyindən tutmuş, elektromobillərin yayılma sürətinə və maşınların satış qiymətinə qədər hər şeyə təsir edir. İndi hamını bir sual düşündürür: Bu qərar həm yaxın gələcəkdə, həm də növbəti illərdə avtomobil bazarını necə dəyişəcək?
Nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, istixana qazları və karbon emissiyası ilə bağlı qaydaların zəiflədilməsi avtomobil sənayesində qısamüddətli rahatlama yaratsa da, uzunmüddətli perspektivdə strateji qeyri-müəyyənlik formalaşdırır.
“Qaydaların yumşaldılması istehsalçılara daxili yanma mühərrikli avtomobillərin istehsalını daha az əlavə xərc və texnoloji təzyiq altında davam etdirməyə imkan verir. Bu, emissiya azaldıcı texnologiyalara və elektromobillərə yönələn investisiyaların müvəqqəti olaraq yavaşlamasına, eləcə də bəzi modellər üzrə avtomobil qiymətlərinin daha stabil qalmasına və ya nisbətən aşağı düşməsinə səbəb ola bilər”.
Ekspert bildirib ki, uzunmüddətli perspektivdə isə bu siyasətin qlobal avtomobil sənayesinin əsas istiqamətini dəyişəcəyi gözlənilmir.
“Avropa İttifaqı, Çin və digər böyük bazarlarda sərt ekoloji tələblərin qüvvədə qalması istehsalçıları elektromobil və alternativ texnologiyalara keçidi davam etdirməyə məcbur edir. ABŞ-də tənzimləmələrin zəiflədilməsi innovasiya tempinin azalmasına və bəzi istehsalçıların beynəlxalq rəqabət qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Nəticə etibarilə, bu qərar avtomobil sənayesinə qısamüddətli çeviklik versə də, uzunmüddətdə elektromobillərə keçid prosesi ləngisə belə, tam dayanmayacaq və qlobal bazarların müəyyən etdiyi istiqamətdə davam edəcək” - o, deyib.
Qeyd edək ki, ekoloji tələblər və emissiya standartları avtomobil sənayesinin gələcək inkişaf istiqamətini müəyyən edən əsas amillərdən biri hesab olunur./demokrat.az
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












