Trampdan İrana - XƏBƏRDARLIQ

“Nüvə sazişi baş tutmasa, hücumlar bərpa oluna bilər”. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “The New York Times” nəşrinə müsahibəsində deyib.
ABŞ lideri bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunan razılaşma Hörmüz boğazında daimi sərbəst keçidi təmin etməlidir. Onun sözlərinə görə, tərəflər yekun nüvə sazişi üzrə razılığa gələ bilməsələr, ABŞ hərbi variantı yenidən nəzərdən keçirə bilər.
Tramp həmçinin deyib ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar və Tehranın Hörmüz boğazını bağlamasından sonra tətbiq olunan dəniz blokadası Yaxın Şərqdə qüvvələr balansını Vaşinqtonun xeyrinə dəyişib.
ABŞ Prezidenti qeyd edib ki, yeni saziş İranın nüvə silahı hazırlamasına və ya əldə etməsinə imkan verməyəcək. O, mümkün razılaşmanı 2015-ci ildə Barak Obama administrasiyası dövründə imzalanmış nüvə sazişindən daha effektiv hesab etdiyini bildirib.
Trampın sözlərinə görə, tərəflər İranın uran zənginləşdirmə fəaliyyətlərinin dayandırılması müddəti ilə bağlı danışıqları davam etdirirlər. O bildirib ki, 20 illik məhdudiyyət əsas müzakirə mövzularından biri olsa da, 15 illik müddət də qəbul edilə bilər. Prezident əlavə edib ki, İran yalnız hərbi məqsədlər üçün istifadə oluna bilməyəcək səviyyədə uran zənginləşdirməsinə icazə verilən fəaliyyətlərlə məhdudlaşacaq.
ABŞ Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahunun etirazlarına baxmayaraq İranla razılaşmanın əldə olunduğunu da vurğulayıb.
Tramp həmçinin İsrailin İranla razılaşmanın gündəmdə olduğu bir vaxtda Beyruta endirdiyi zərbələri tənqid edərək bunun baş verməməli olduğunu bildirib. O, Netanyahu barədə danışarkən onu “çox çətin insan” adlandırıb.
ABŞ lideri əlavə edib ki, İranın nüvə silahına sahib olması halında İsrail üçün ciddi təhlükə yaranardı və məhz buna görə Tehranla əldə olunan razılaşmanın mühüm əhəmiyyət daşıdığını düşünür.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











