Trampdan sürpriz geri addım - RAZILIĞA GƏLDİ

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq ölkələri ilə apardığı danışıqlardan sonra Hörmüz boğazından keçən gəmilərə 20 faizlik rüsumun tətbiqi təşəbbüsündən imtina edib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında paylaşım edib.
"ABŞ-nin 20 faizlik kompensasiya rüsumunu Fars körfəzi ölkələrinin Birləşmiş Ştatlarla bağlayacağı ticarət və investisiya sazişləri ilə əvəz etmək qərarına gəldim. Bu investisiyalar həm böyük olacaq, həm də onların gələcəyi üçün son dərəcə sərfəli olacaq", - deyə Tramp bildirib.
ABŞ prezidenti qeyd edib ki, İran istisna olmaqla, Hörmüz boğazı bütün gəmilər üçün açıqdır. O, İranın hazırkı rəhbərliyini "yalançı, qəddar və qərəzli" adlandıraraq, onların ölkəni məhvə apardığını vurğulayıb.
Xatırladaq ki, ötən gün Donald Tramp Birləşmiş Ştatların Hörmüz boğazında gəmiçiliyin zəmanətçisi rolunu oynayacağını və təhlükəsizliyin təmin edilməsi xərclərini qarşılamaq üçün boğazdan keçən yüklərin dəyərinin 20 faizi həcmində rüsum tutulacağını bəyan etmişdi.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












