Trampın 15 milyon dollarlıq yeni avtomobili - FOTO

ABŞ prezidenti Donald Tramp üçün hazırlanan avtomobil sınaqdan keçirilib. Modellə bağlı detalları, eləcə də, texniki göstəriciləri gizli saxlanan “Canavar” adlı “Cadillac” limuzin yayın sonunda prezidentin xidmətinə veriləcək. “General Motors”un istehsal etdiyi avtomobilə ABŞ Gizli Xidmət Orqanları 15.8 milyon dollar ödəyib.

Avtomobilin texniki göstəriciləri gizli saxlanılır. Lakin mətbuata sızan məlumata görə, avtomobil zirehli və silahlı lüks sedandır. Kimyəvi, eləcə də, bioloji hücumlara davamlıdır. Avtomobildə prezidentin həyatına təhlükə yarandığı halda lazımi tibbi avadanlıqlar, qan bankı yerləşdirilib. Avtomobil dizayn baxımından “Cadillac”ın CT6 Sedan modelinə bənzəyir. Onu da qeyd edək ki, ABŞ prezidentləri üçün limuzinlər 1993-cü ildən indiyədək “Cadillac” tərəfindən istehsal edilir.

Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












