Trampın qızı və kürəkəninin olduğu vertolyotda qəza təhlükəsi baş verib

ABŞ prezidenti Donald Trampın qızı və kürəkəninin olduğu vertolyot mühərriklərdən birinin işləməməsi səbəbindən təcili Vaşinqton aeroportuna qayıdıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Xəbərdə bildirilir ki, hadisə bir neçə gün əvvəl baş versə də, indi məlum olub. Telekanalın mənbəyinin məlumatına görə, Trampın müşaviri və kürəkəni Cared Kuşner və qızı İvanka Tramp vertolyotla Vaşinqtondan Nyu-Yorka uçurmuş. Lakin uçuşdan az sonra mühərriklərdən biri işləməyib. Pilot dərhal vertolyotu Ronald Reyqan adına hava limanına qaytarmaq qərarına gəlib. "CNN"in məlumatına görə, enmə uğurla nəticələnib və xəsarət alan olmayıb. Mühərrikin işləməməsinin səbəbləri məlum deyil. Cütlüyün rəsmi nümayəndəsi hadisəni şərh etməyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












