Trampın reytinqi AŞAĞI DÜŞDÜ

ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib.
Avtosfer.az xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir.
Materialda qeyd olunub ki, amerikalı seçicilərin yalnız üçdə biri onun Ağ Ev rəhbəri kimi fəaliyyətini bəyənir.
Tədqiqatın məlumatlarına əsasən, bir ay əvvəlki 35 % ilə müqayisədə respondentlərin yalnız 33 %-i Trampın hazırkı siyasi kursunu dəstəkləyib. Eyni zamanda, respublikaçı seçicilər arasında onun dəstəklənmə səviyyəsi 72 %-ə enib ki, bu da FT-nin sorğuları çərçivəsində antirekorddur.
Qeyd edilib ki, respondentlərin əksəriyyəti Vaşinqtonun ticarət siyasətini və Tramp administrasiyası tərəfindən tətbiq edilən rüsumları rədd edərək bunları Amerika vətəndaşlarının artan yaşayış xərcləri ilə əlaqələndiriblər. Seçicilərin üçdə ikisi ABŞ iqtisadiyyatının yanlış istiqamətdə hərəkət etdiyinə əmindir, daha 57 % isə Tramp administrasiyasının siyasətinin onların maliyyə rifahına mənfi təsir göstərdiyini bildirib. Bundan əlavə, sorğu iştirakçılarının 56 %-i istehlakçılar üçün ehtimal olunan növbəti qiymət artımından narahatlıqlarını ifadə edərək Kanadaya qarşı son ticarət rüsumlarından narazı qalıblar.
FT həmçinin siyasi müttəfiq kimi Trampa dəstək səviyyəsinin düşdüyünü də qeyd edib, çünki respondentlərin 46 %-i hazırkı prezidentin Respublikaçılar Partiyası üçün konqresə qarşıdan gələn aralıq seçkilərini çətinləşdirdiyini hesab edir. Daha 47 % isə Trampın açıq şəkildə müdafiə edəcəyi namizədi dəstəkləmək istəmədiklərini bildirib.
Sorğu 28 avqust - 1 sentyabr tarixləri arasında qeydiyyatdan keçmiş 1914 seçici arasında aparılıb, xəta payı təxminən 2,6 faiz bəndi təşkil edir./ajans.az
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










