Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA

Mehdiabaddan “28 May” metrostansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.
Uzun fasilədən sonra Bakıda yenidən tramvay xəttinin çəkilməsi şəhərin nəqliyyat yükünün azalmasına təsir edəcəkmi?
Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu sistemin təsiri Bakı şəhərinə yönələcək:
"Əgər sistem Bakıda qurulursa, təbii ki, paytaxta birbaşa təsir göstərməlidir. Burada əsas məqsəd Bakıda sərnişin axınının müəyyən formada tənzimlənməsidir. Layihə çərçivəsində əsas hədəf ərazilər kimi Mehdiabaddan "28 May" istiqaməti, “Sea Breeze” və Bayıl əraziləri nəzərdə tutulub. Çünki bu ərazilərdə metro və ya dəmir yolu xətləri mövcud deyil. Bu səbəbdən sərnişin yükünü yalnız avtobuslar daşımaqda çətinlik çəkir. Nəticə etibarilə avtobuslara alternativ olaraq tramvayların da istismara verilməsi planlaşdırılır. Hazırda layihələndirmə işləri aparılır və ehtimal olunur ki, yaxın iki il ərzində bu işlərə başlanılacaq və müəyyən nəticələr əldə olunacaq. Ümumilikdə isə şəhərdə bu cür nəqliyyat növlərinin mövcudluğu alqışlanmalıdır. Çünki ictimai nəqliyyatın alternativləri nə qədər çox olarsa, sərnişin axını bir o qədər bölüşdürülür və nəticədə hər hansı bir nəqliyyat növünün üzərinə düşən yük azalır"./redaktor.az
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












