Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA

Bakıda nəqliyyat infrastrukturunun mərhələli şəkildə yenilənməsi şəhərdaxili hərəkətin daha rahat təşkili üçün yeni imkanlar yaradır.
Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, tramvay xətlərinin tətbiqi metro və avtobus sisteminin inkişafı ilə paralel aparıldıqda tıxacların azalmasına və sərnişin axınının düzgün bölüşdürülməsinə müsbət təsir göstərə bilər.
Ekspert açıqlamasında bildirib ki, səhər saatlarında işə gedənlər üçün ictimai nəqliyyatın bir neçə alternativinin olması hərəkəti xeyli rahatlaşdırır.
Onun sözlərinə görə, tramvay bu baxımdan şəhər üçün çevik və operativ nəqliyyat növlərindən biri kimi önə çıxır. Xüsusilə metro tikintisinin çətin və uzunmüddətli olduğu ərazilərdə tramvay xətlərinin tətbiqi daha səmərəli nəticə verə bilər.
Elməddin Muradlı qeyd edib ki, tramvay metroya alternativ deyil, onu tamamlayan nəqliyyat vasitəsi kimi qiymətləndirilməlidir:
"Məsələn, “20-ci sahə” və Bayıl istiqamətində metro stansiyalarının tikintisi uzun müddətdir planlaşdırılsa da, proses mərhələli şəkildə həyata keçirilir. Bu müddətdə tramvay həmin ərazilərdə ictimai nəqliyyatın yükünü azaldaraq sərnişinlərin rahatlığını artıra bilər. Hazırda bu zonalarda əsas yük avtobusların üzərinə düşür və yeni nəqliyyat həlləri bu balansı daha sağlam şəkildə qurmağa imkan verir".
Ekspertin fikrincə, yeni nəqliyyat marşrutlarının yaradılması şəhərin giriş və çıxış nöqtələrində müşahidə olunan sıxlığın azalmasına da müsbət təsir göstərəcək. Metro xətlərinin mövcud olduğu istiqamətlərdə belə alternativ nəqliyyat növlərinin tətbiqi nəqliyyat qovşaqlarının yükünü balanslaşdırmağa kömək edir.
Elməddin Muradlı vurğulayıb ki, hazırda nəqliyyat sisteminin inkişafı istiqamətində planlı və ardıcıl işlər aparılır:
"Planlara əsasən gələcəkdə 60-dan çox yeni istiqamətin yaradılması nəzərdə tutulur və artıq 28 istiqamət üzrə artımın müşahidə olunması bu sahədə real irəliləyişin göstəricisi sayılır. Yolların şaxələndirilməsi, tramvay marşrutlarının tətbiqi, avtobus parkının yenilənməsi və artırılması, eləcə də metro xətlərinin genişləndirilməsi vahid strategiyanın tərkib hissəsi kimi həyata keçirilir".
Ekspertin sözlərinə görə, görülən tədbirlər nəticəsində səhər saatlarında sərnişinlərin hərəkəti daha rahat olacaq:
"Bu da vətəndaşların ictimai nəqliyyata marağını artıracaq, şəxsi avtomobillərdən istifadəni azaldacaq və ümumilikdə yollardakı sıxlığın azalmasına səbəb olacaq. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan bu yanaşma Azərbaycanda da tətbiq olunur və gələcəkdə daha komfortlu və səmərəli nəqliyyat sisteminin formalaşmasına xidmət edəcək"./operativ.media
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ










