Transların dəyənəkli davası kameralarda göründü

Afyonkarahisarda travestilərlə bir qrup arasında dava çıxıb. İki tərəfin bir-birinə tüfəng qundağı və dəyənəklə hücum etmə anı kameralara əks olunub. Metbuat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, hadisə Ərənlər Məhəlləsi Gənclik Parkı yaxınlığında baş verib. Ötən gün gecə saatlarında, yolun ortasında dayanan avtomobildən enən 2 travesti və bir şəxs qarşılarında duran 3 şəxs ilə mübahisə etdikdən sonra bir anda bir-birinə hücum edib. Sonra travestilərdən biri uzun lüləli bir tüfənglə qarşı qrupdan 2 nəfəri döyüb. Şəxslər aldıqları zərbələr ilə yerə yıxılıb. Həmin yerə qaçan bir nəfər isə travesti yoldaşlarının döydüyü şəxslərə avtomobildən götürdüyü beysbol dəyənəyi ilə vurub. Qarşı qrupdakı şəxslərdən biri travestinin əlindən tüfəngi götürərək avtomobilə doğru qaçdığı travestilərə qundaqla zərbələr endirib.
Hadisə yerinə gələn polis dəstələri davaya müdaxilə edib. Travestilər və qarşı qrup yenidən təpik və yumruqlarla bir- birinə hücum çəkib. Hadisə anı ətrafdakı vətəndaşların mobil telefon kamerasına əks olunub. Hər iki tərəf polis dəstələri tərəfində saxlanılıb.
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO










