TRIPP ABŞ üçün prioritetlərdən biri olaraq qalır - Dövlət Departamenti

TRIPP ("Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu") nəqliyyat dəhlizi proqramı ABŞ üçün prioritetlərdən biri olaraq qalır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Armenpress" agentliyinin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
"ABŞ Prezidenti Donald Trampın administrasiyası əvvəlki kimi TRIPP proqramının həyata keçirilməsinə sadiqdir. Bu layihə Vaşinqton üçün əsas prioritetlərdən biri olaraq qalır, çünki Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülh və rifaha kömək etmək potensialına malikdir", - Dövlət Departamentindən qeyd edilib.
ABŞ-nin xarici siyasət idarəsinin nümayəndəsinin sözlərinə görə, TRIPP nəqliyyat dəhlizi iqtisadi artım imkanlarını genişləndirərək regionda fasiləsiz beynəlxalq və daxili əlaqəni təmin edəcək.
"TRIPP proqramının son məqsədləri Ermənistan və Azərbaycanın rifahı və təhlükəsizliyini möhkəmləndirmək, regional ticarət və əlaqələrin inkişafı hesabına ABŞ-nin ticarət imkanlarını genişləndirmək, həmçinin Mərkəzi Asiya və Xəzər regionundan Avropaya yeni tranzit əlaqələri yaratmaqdan ibarətdir", - Dövlət Departamentinin nümayəndəsi deyib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalanıb. Bu sənədin bəndlərindən biri regional kommunikasiyaların blokdan çıxarılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu" - dəhlizin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi - red.) işə salınmasına aiddir.
Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"i paraf ediblər.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












