TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

TRIPP ("Tramp marşrutu") layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi qarşısında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ümumilikdə Dövlət Departamentinin fəaliyyətinin son 16-17 ayı əhəmiyyətli uğurların və davam edən mürəkkəb beynəlxalq çağırışların vəhdəti ilə xarakterizə olunur.
"Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb. Üstəlik, bu, mənim imzaladığım və hər iki ölkə üçün əhəmiyyətli imkanlar təmin edəcək yeni rifah marşrutunu - TRIPP-i yaradan memorandumla yekunlaşıb", - o bildirib.
Rubio həmçinin xatırladıb ki, ABŞ bir sıra münaqişələrin, o cümlədən Hindistan və Pakistan arasındakı gərginliyin həllində iştirak edib və orada nüvə dövlətləri arasında genişmiqyaslı müharibənin qarşısını almaq mümkün olub. O həmçinin Tailand və Kamboca arasındakı münaqişələrin nizamlanmasında ABŞ-nin rolunu qeyd edib, eləcə də Qəzzada müharibənin başa çatdığını və qalan bütün girovların azad edildiyini bildirib.
Xatırladaq ki, mayın 26-da Ermənistan və ABŞ arasında TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişi imzalanıb.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












