Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Rusiyanın Tümen vilayətinin aeroportlarına iki azərbaycanlının adları verilə bilər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, "Novıy Urenqoy” aeroportuna Sabit Orucov, "Nijnevartovsk” və "Surqut” hava limanlarından birinə Fərman Salmanovun adlarının verilməsi təklif olunub. Rusiya hava limanlarına dahi rusiyalıların adlarının verilməsinə dair əhali arasında keçirilən sorğu başa çatıb. Tümen vilayətində aeroportlara digər tanınmış şəxslərlə yanaşı, Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanov və keçmiş SSRİ-nin qaz sənayesi naziri olmuş Sabit Orucovun adlarının verilməsi təklif olunub. Sorğunun nəticələrinə görə tərtib edilmiş siyahıya əsasən, Fərman Salmanovun adı iki siyahıya - vilayətin "Nijnevartovsk” və "Surqut”, Sabit Orucovun adı isə "Novıy Urenqoy” hava limanlarında adları əbədiləşdiriləcək tanınmış şəxslərin sırasına daxil edilib. Namizədlər siyahısına Xantı-Mansiysk Muxtar Dairəsinin keçmiş qubernatoru Aleksandr Filippenko, kimyaçı alim Dmitri Mendeleyev, tanınmış neftçi Viktor Muravlenko və başqaları da daxildir. Xatırladaq ki, Rusiyada aeroportlara dahi rusiyalıların adlarının verilməsinə dair layihə həyata keçirilir. Layihə çərçivəsində ümummilli müsabiqə elan edilib. Noyabrın 12-dək davam etmiş sosioloji sorğu nəticəsində hər aeroport üçün üç namizəd seçilib. Noyabrın 30-dək ölkə əhalisi internet vasitəsilə səs verəcək. Bir Rusiya vətəndaşının yalnız bir aeroportun bir namizədinə səs vermək imkanı var. Səsvermənin nəticələri dekabrın 5-də elan olunacaq.
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO










