Turisti oxla qətlə yetirdilər – FOTO

Qadağan olunmuş Şimali Sentinel adasını ziyarət edən 27 yaşlı amerikalı turist Con Allen Çou vəhşi qəbilə tərəfindən oxla qətlə yetirilib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, əvvəlcə Andaman və Nikobar adalarına səyahət edən gənc daha sonra Hindistandakı Şimali Sentinel adasındakı sivilizasiyadan kənar insanlarla ünsiyyət qurmağa çalışıb. Balıqçının köməyi ilə adaya yaxınlaşan Con sahilə çatarkən ondan ayrılıb və təkbaşına yoluna davam edib. Ancaq qəbilə üzvləri turisti oxla yaralayaraq daha sonra boynuna ip keçirib və saatlarla qumun üzərində sürüyüblər. Gördüklərindən şoka düşən balıqçı qaçıb. Conu daha sonra quma basdıran sentinellilər ona ölənədək işgəncə veriblər. “Röyters”ə danışan Hindistanın Çennai şəhərindəki ABŞ konsulu cəsədin götürülməsi üçün müvafiq qurumlara müraciət etdiklərini bildirib. Polislərdən biri isə Conun daha əvvəl də adaya səfər etdiyini və qəbilə üzvləri ilə ünsiyyət qurmağa çalışdığını deyib. Qeyd edək ki, Şimali Sentinel adasına giriş rəsmi şəkildə qadağan olunu. Adada yaşayanlar xarici dünyadan gələnləri qəbul etmir və onlara qarşı aqressiya nümayiş etdirirlər. Bu səbəbdən onları yaxından lentə almaq mümkün deyil və görüntülər yalnız uzaqdan çəkilib.







Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












