Turizm polisi nə üçün lazımdır? - AÇIQLAMA

Turistlərin ölkəyə yenidən gəlməsi üçün şərait yaratmaq üçün turizm polisinin olması vacibdir. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib. Onun sözlərinə görə, AzTA turizm polisinin yaradılmasını təklif edir: “Dünyada bu praktika var. Hansı ölkə öz gələcəyini turizmlə bağlayırsa, bu olmalıdır. Çünki, turistlərlə bağlı xoşagəlməz problemlər olur. Turizm polisi yaranan problemin həlli istiqamətində işləri görəcək”. Nahid Bağırov qeyd edib ki, turizm polisinin yaranmasının heç bir ziyanı yoxdur: “Hansı ölkəyə turist gəlirsə, orada problem olur. Heç kim deyə bilməz ki, problem ola bilməz. Ölkəyə turist axınını təmin etmək, gələn turistlərin yenidən gəlməsi üçün şərait yaratmaq üçün bu cür addıma ehtiyac var. Turizm polisinin heç bir ziyanı yoxdur. Bu turistlər üçün əlavə bir xidmətdir”. Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












