Türk ölkəsi pilotsuz maşınlar istehsal edəcək

Özbəkistan elektromobil və pilotsuz avtomobillər istehsal etmək niyyətindədir. Avtosfer.az xəbər verir ki, bunu Özbəkistanın “Uzavtosanoat” Səhmdar Şirkətinin İdarə Heyətinin sədri Umidjan Salimov bildirib.
“Biz Daşkənddəki Turin Politexnik Universitetinin (TPU) nəzdindəki İnnovasiya Mərkəzində elektromobil istehsalı ilə məşğul olan xüsusi qrup yaratmışıq. Hazırda elektromobilin istehsal konstruksiyası üzərində iş gedir. Bundan əlavə, elektromobil istehsal edən potensial tərəfdaşlarla danışıqlar aparılır. “Shevrolet Bolt” və Çinin “JAS” elektromobillərindən iki ədəd sınaq testləri üçün Daşkəndə gətiriləcək. Elektromobil adi avtomobillərdən çox fərqlənir. Onun istifadə xərcləri avtomobildən səkkiz dəfə azdır, texniki xidmət də ucuz başa gəlir”, - o deyib.
U.Salimov vurğulayıb ki, TPU-da ilk pilotsuz avtomobillərin layihəsi də hazırlanır. Layihə “Uzavtosanoat” və Rusiyanın iki şirkəti tərəfindən maliyyələşdirilir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












